Mojo.az Banner
21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şadlıq evində 18 yaşlı oğlanı bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

30.10.2023 13:02 1 131
Şadlıq evində 18 yaşlı oğlanı bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Polad Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 26-sı Binəqədi rayonu, Binəqədi şosesində yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

O, Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsilə ittiham edilib.скачать dle 11.3
Mojo.az Banner