Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Netanyahu ilk dəfə etiraf etdi: “Mən məsuliyyət daşıyıram...”

26.10.2023 21:13 1 299
Netanyahu ilk dəfə etiraf etdi: “Mən məsuliyyət daşıyıram...”
"HƏMAS-ın oktyabrın 7-də qanlı işğalına səbəb olan uğursuzluqlara görə hər kəs, o cümlədən mən də cavab verməli olacağıq".

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, dağıdıcı hücumu qabaqcadan görməyən hər kəs ən azından bunun məsuliyyətini öz üzərinə götürəcək.

Lakin onun sözlərinə görə, əvvəlcə İsrail "var olmaq uğrunda mübarizə" adlandırdığı qələbəni qazanmalıdır. Netanhayu vəd edib ki, HƏMAS-ı məhv etmək və girovları geri qaytarmaq uğrunda tezliklə Qəzza zolağına qurudan hücum həyata keçiriləcək.

"7 oktyabr tariximizə qara gün kimi düşdü. Biz cənub sərhədində və Qəzza zolağının ətrafındakı ərazidə baş verənləri dərinliyinə qədər araşdıracağıq", - deyə Benyamin Netanyahu qeyd edib.

"Baş verən fəlakət tam şəkildə araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək", - deyə o əlavə edib.

Netanyahu baş nazir kimi ölkənin gələcəyinə cavabdeh olduğunu nəzərə çatdırıb. "Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində sarsıdıcı qələbəyə aparmaqdır. İndi vahid məqsəd üçün qüvvələri birləşdirməyin vaxtıdır: qələbəyə doğru irəliləmək... işimizin ədalətliliyinə dərin inamla", - deyə İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, İsrailin bir sıra yüksəkrütbəli rəsmiləri son həftələrdə minlərlə HƏMAS terrorçusunun Qəzza sərhədini keçməsinə, 1400 nəfərin (əksəriyyəti mülki vətəndaş) ölümünə və ən azı 224 nəfərin əsir düşməsinə səbəb olan kütləvi uğursuzluqlara görə məsuliyyəti öz üzərilərinə götürdüklərini bəyan etsələr də, Netanyahu bu istiqamətdə hər hansı açıqlama verməmişdi.

Baş nazir, həmçinin müharibə başlayandan bəri jurnalistlərin suallarını da cavablandırmamış, yerli və xarici mediaya müsahibə verməmişdi.скачать dle 11.3

Son xəbərlər