Mojo.az Banner
16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir

23.10.2023 18:26 2 604
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Bakı Media Mərkəzi böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan “Himayədar” adlı film çəkir.

Filmdə həmçinin, XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələrə də toxunulur.

Azərbaycanın tarixinin tanıdılmasını məqsədləyən bu önəmli ekran işinin may ayında başlayan 120 çəkiliş gününün 90-ı artıq başa çatıb. Filmin 8 seriyadan ibarət olması nəzərdə tutulub.

Filmin kütləvi səhnələrinin çəkilişində 1600 nəfər iştirak edib. 70-dən çox məkanda çəkiliş aparılıb və bununla yanaşı 300-dən çox abidə hazırlanıb.

Bakı Media Mərkəzinin hazırladığı, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərinin təbliğində böyük əhəmiyyət kəsb edən çoxseriyalı “Himayədar” filminin gələn il izləyicilərə təqdim olunması nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin vəfatının 100 illiyidir.

Filmin rəhbəri və prodüsseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Arzu Əliyeva çəkilişin baş tutduğu məkanlarda iştirak edib.
//reportскачать dle 11.3
Mojo.az Banner