Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qusarda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

17.10.2023 15:20 867
Qusarda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb
Qusar şəhərində kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin yedikləri göbələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt öz təsdiqini tapmayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Aparılan araşdırmalar zamanı və götürülmüş qan analizlərinin müayinəsi nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazı zəhərlənməsindən baş verdiyi məlum olub.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Qeyd edək ki, oktyabrın 14-də Qusarda kirayədə yaşayan Cəlilabad rayon sakinləri olan üç qardaş - 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov, 1978-ci il təvəllüdlü Sakit Yusif oğlu Zeynalov və 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov zəhərləniblər. Nəticədə Sabir Zeynalov və Sakit Zeynalov ölüblər.скачать dle 11.3
Mojo.az Banner