Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

13.10.2023 22:21 1 803
Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı
Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar Şuşa ərazisində sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin daha bir müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.

Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Mənbə: TASS

Son xəbərlər