Mojo.az Banner
22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı verilib

13.10.2023 17:52 1 734
Həbs edilən separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı verilib
Qarabağ bölgəsində törətdikləri cinayətlərə görə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə qarşısına çıxarılan erməni separatçılarına ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb.

Bu barədə Ermənistan mətbuatına Milli Assambleyanın “Hayastan” blokundan olan deputatı Qeqam Manukyan məlumat verib.

Xüsusilə, iki gün əvvəl onun qardaşı, qondarma rejimin keçmiş “müdafiə ordusu komandirinin müavini” general-mayor Davit Manukyan ailə üzvləri ilə qısa telefon danışığı aparıb.

Həmçinin separatçıların keçmiş “prezidentləri” və “müdafiə naziri” vəzifəsini tutan Leva Mnatsakanyana qohumları ilə ünsiyyət imkanı verilib.

Qeyd edək ki, dünən separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın oğlu atasının ailə ilə əlaqə saxladığını, vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Xatırladaq ki, David Manukyan, Leva Mnatsakanyan və Ruben Vardanyandan başqa, Qarabağda separatçılara rəhbərlik edən, hazırda Bakıda həbsdə olan Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və “parlament sədri” David İşxanyan da Bakıya gətirilib.скачать dle 11.3
Mojo.az Banner