Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşından küçəyə zibil atanlara XƏBƏRDARLIQ

02.11.2021 14:09 1 011
Maşından küçəyə zibil atanlara XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və sərnişinlərə müraciət edərək ətraf-mühitə ziyan vurmamağa çağırış edib.

İdarədən daxil olan məlumatda qeyd edilir ki, yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur: "Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.

Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər”.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub: "Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər”.скачать dle 11.3
Mojo.az Banner