Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad edilmiş ərazidə qolları məftillə bağlı kişi və qadın meyiti tapıldı - VİDEO

28.10.2021 14:03 3 792
İşğaldan azad edilmiş ərazidə qolları məftillə bağlı kişi və qadın meyiti tapıldı - VİDEO
Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

Median.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci kilometrliyində yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını ekshumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

O da məlum olub ki, skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ağdam şəhəri və onun 7 kilometr yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.

Son xəbərlər