Mojo.az Banner
SON DƏQİQƏ
11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır

27.10.2021 22:22 963
Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır
Çin hakimiyyəti yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdə qeydiyyatı zamanı valideynlərinin şəxsi məlumatlarını, həmçinin onların icazələrini tələb etməyi planlaşdırır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Çinin kibersahə məsələləri üzrə idarəsinin təqdim etdiyi yeni qaydalar haqqında layihənin mətnində yer alıb. İdarə oktyabrın 26-da internetdə istifadəçi hesablarının qeydiyyatı ilə bağlı yeni qaydaların layihəsini dərc edib. Layihə ictimai müzakirəyə çıxarılıb.

Qurumun "WeChat" sosial şəbəkəsində dərc etdiyi layihəyə əsasən, internetdə qeydiyyatdan keçən yetkinlik yaşına çatmayan istifadəçilər öz şəxsiyyət vəsiqəsinin real məlumatlarını, habelə qəyyumun razılığını təqdim etməlidir.

Ötən həftə Çinin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi valideynlərin "uşaqlarda online asılılığının qarşısını almaqda fəal rol oynamalı olduğunu" ehtiva edən "Ev tərbiyəsinin təşviqi" qanununu təsdiqləyib.

Avqust ayının sonlarında Çinin Dövlət Mətbuat və Nəşrlər İdarəsi sentyabrın 1-dən etibarən "uşaqların fiziki və psixi sağlamlığının qorunması" məqsədilə yetkinlik yaşına çatmayan istifadəçilərin online oyunlara girişinin həftədə üç saata qədər məhdudlaşdırılacağı barədə məlumat yayıb. Müvafiq orqanlar online oyunlar sahəsində fəaliyyət göstərən kompaniyalarda yoxlamaları gücləndirəcək, onların bu məhdudiyyətlərə necə əməl etmələrinə, həmçinin yetkinlik yaşına çatmayan oyunçuları necə aşkarladıqlarına ciddi nəzarət edəcək.

Qeyd edək ki, "TikTok" servisinin sahibi Çinin "ByteDance" kompaniyası sentyabrın sonlarında 14 yaşdan kiçik yeniyetmələr üçün tətbiqin Çin versiyasına (Douyin) məhdudiyyətlər qoyub. Hazırda onlar proqramdan gündə 40 dəqiqədən çox istifadə edə bilməz. Yaşı 14-dən az olan bütün istifadəçilər tətbiqin "gənclik rejiminə" keçirilib və yeni qeydiyyatdan keçən istifadəçilər bu rejimə birbaşa daxil olacaq.скачать dle 11.3

Son xəbərlər