Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb

25.10.2021 23:29 1 032
Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb
Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report” xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Hüseyn Rəşad oğlu Kazımova müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər