Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Slovakiyalı nazir: "Azərbaycanda fəaliyyətimizi genişləndirə bilərik"

19.10.2021 19:24 717
Slovakiyalı nazir:
"Azərbaycanla Slovakiya arasında münasibətlərin dərinləşməsi ilə bağlı addımlar atılıb. Hazırda keçirdiyimiz görüşlər iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir".

Bunu Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri İvan Korcok Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən tədbirlər iki ölkənin siyasi baxımdan yaxın olduğunu göstərir: "Prioritetimiz iqtisadi münasibətlərimizi gücləndirməkdən ibarətdir. Bu isə xidmətlərin və məhsulların çatdırılması vasitəsilə həyata keçirilə bilər. Biz yeni qapılar açırıq və bundan sonra iş adamları, sahibkarlar həmin qapıdan keçərək fürsətləri nəzərdən keçirə bilərlər".

Nazir deyib ki, Azərbaycan fürsətlər və imkanlar ölkəsidir: "Biz Azərbaycanda sıfırdan başlamırıq, Slovakiyanın bir sıra biznes dairələri burda fəaliyyət göstərir. Bu imkanlardan istifadə edərək iki ölkə arasında olan münasibətləri daha da dərinləşdirə, Azərbaycanda fəaliyyətimizi genişləndirə bilərik, bura çox vacib regiondur".

O, azərbaycanlı sahibkarları Slovakiyanın imkanlarından istifadə etməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner