Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəlinindən Mətanətə: “Pulun var deyə, mənə zərbələr vurursan”

15.10.2021 22:42 2 415
Gəlinindən Mətanətə: “Pulun var deyə, mənə zərbələr vurursan”
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sənətçinin səsləndirdiyi ittihamlara cavab verib.

Axsam.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Canana M.İsgəndərlinin yalan danışdığını bildirib:

“Bu gün o qədər məyus oldum ki... İnsan necə yalanlar danışar, utanmadan şər-böhtan atar? Balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşatdırırsan. Evdə köməkçinin ümidinə qoyub gedirsən. Pulun var deyə, mənə zərbələr vurursan. Nə istəyirsən et! İndiyə kimi elədiklərini etmisən. Bil ki, Allah böyükdür. Allahdan qorx. Orada məni təhqir edirsən, yalanlar danışırsan. On il mən sizdə qalmışam deyirsən. Bunların arxasında dura biləcəksən? Qorxmursan Allahdan? Mən "İnstagram"da səhifəm böyükdür deyə, nə olurdusa paylaşırdım. Dedim ki, bələ kimsə kömək olar”.

Qeyd edək ki, Əməkdar artist “Günün sədası” proqramında gəlini ilə oğlunun ayrılması haqda bunları demişdi:

“Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasını almaq istəsəm, edərdi. Etmədim... Onun işləməyini istəmirdik, deyirdim, sənin nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, oradan gəlirdi Nabrana gedirdi. Nəyin əskik idi?”.

Xatırladaq ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.скачать dle 11.3
Mojo.az Banner