Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Zakir Həsənov Əfqanıstanda xidmət etmiş hərbçiləri təltif edib

14.10.2021 18:00 2 289
Zakir Həsənov Əfqanıstanda xidmət etmiş hərbçiləri təltif edib
Əfqanıstan İslam Respublikasında həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Müdafiə nazirinin əmri ilə təltif olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməranlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

General-mayor Kənan Seyidov Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və hərbi qulluqçulara Azərbaycan Respublikasının "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medallarını təqdim edib.

Qeyd edək ki, Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş hərbçilərimiz cari ilin oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə də təltif olunublar.скачать dle 11.3
Mojo.az Banner