Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində daha çox əhali qrupuna COVID-19 əleyhinə 3-cü doza peyvəndin vurulması planlaşdırılır

08.10.2021 23:10 900
Çində daha çox əhali qrupuna COVID-19 əleyhinə 3-cü doza peyvəndin vurulması planlaşdırılır
Çinin səlahiyyətli qurumları xaricdən COVID-19 virusunun yeni variantlarının axını ehtimalının yüksək olması fonunda daha çox əhali qrupuna 3-cü doza (buster doza) peyvənd vurmağı planlaşdırır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi artıq bununla bağlı yerli hökumətlərə təlimat göndərib. İlkin mərhələdə COVID-19 infeksiyasına qarşı hər 2 doza peyvəndi ən azı 6 ay əvvəl qəbul etmiş və yüksək risk qrupuna aid olanlara, o cümlədən hava və dəniz limanlarında, sərhəd-keçid məntəqələrində, xidmət sektorunda çalışanlara, tibb işçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və yaşı 60-dan yuxarı olanlara buster doza vurulur. Hazırda buster doza yalnız Quandon, Cıcian və Henan vilayətlərində tətbiq olunur.

Çinli mütəxəssislər COVID-19 pandemiyası ilə mübarizənin ən vacib halqasının vaksinasiya olduğunu, pandemiya dövründə virusun yeni və daha təhlükəli ştamlarının sürətlə yayılmasının buster dozaya ehtiyac yaratdığını bildirirlər. Hesab olunur ki, 2 doza peyvəndin qəbul edilməsi sayəsində bədəndə COVID-19 infeksiyasına qarşı yaranan anticisimlərin qorunma səviyyəsi təxminən 6 aydan sonra azalmağa başlayır. Buster doza isə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağa imkan verir.

Çinin səlahiyyətli qurumları ölkədəki epidemik vəziyyətdən asılı olaraq növbəti mərhələdə bütün əhali qrupuna 3-cü doza vaksinin vurulmasını istisna etmir.

Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası ötən ilin dekabrında başlayıb. İlk mərhələdə xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Cari ilin fevralında isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən indiyədək ölkədə 2 milyard 216 milyon doza peyvənd vurulub. Çin bu göstəriciyə görə dünyada birincidir. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.скачать dle 11.3

Son xəbərlər