Mojo.az Banner
SON DƏQİQƏ
19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |    
Mojo.az Avto
Mojo.az Avto

ÜST ilk dəfə malyariyaya qarşı peyvəndi geniş istifadə üçün tövsiyə edib

08.10.2021 23:03 1 098
ÜST ilk dəfə malyariyaya qarşı peyvəndi geniş istifadə üçün tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya əleyhinə hazırlanmış ilk peyvəndin uşaqlar üçün geniş istifadəsini tövsiyə edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bu barədə məlumatı açıqlayarkən, malyariyaya qarşı mübarizədə "tarixi gün" yaşandığını bildirib. Qeyd edilib ki, ÜST 20019-cu ildən bəri Qana, Keniya ə Malavidə aparılan pilot layihə çərçivəsində vurulmuş RTS,S peyvənd maddəsinin yoxlanılması başa çatıb. ÜST peyvəndin Afrikanın Cənubi Saxara regionu və dünyada malyariyaya yüksək və orta yoluxma riskinin mövcud olduğu digər regionlarda tətbiqini tövsiyə edib.

Qeyd edilib ki, riskli regionlardakı uşaqlara iki yaşadək dörd peyvənd dozası vurulmalıdır. "Uzun zamandan gözlənilən uşaqlar üçün malyariyaya qarşı peyvənd elm, uşaqların sağlamlığı və malyariya ilə mübarizədə dönüş nöqtəsidir",- deyə T.Qebreyesus tibbi nailiyyəti yüksək qiymətləndirib.

Malyariya dünyada, əsasən də Afrikada hər il azı 400 min insanın həyatına son qoyur. Ölüm hallarının əksəriyyəti beş yaşadək uşaqlar arasında baş verir. Cənubi Saxara ölkələrində malyariya hər il orta hesabla 12 milyard ABŞ dolları həcmində xərclərə səbəb olur və bu regionda ölüm hallarının yarısı malyariya səbəbindən baş verir.

ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, malyariya əsrlərdən bəri Afrikanın Cənubi Saxara regionunda böyük insani fəlakətə çevrilib: "Biz uzun zamandan bəri təsirli peyvənd maddəsini gözləyirdik".скачать dle 11.3

Son xəbərlər