Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Azərbaycanlı dizayner Parisdə kolleksiyasını təqdim edib

06.10.2021 20:58 801
Azərbaycanlı dizayner Parisdə kolleksiyasını təqdim edib
AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb.

Kolleksiya üç ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirilib. Kolleksiyada təqdim olunan parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir.

Qeyd edək ki, Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına "Çələbi", "Xanlıq", "Nəlbəki" gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. “Haute Couture Sumakh” kolleksiyasının Moskva, Bakı və Nyu-Yorkda nümayişi planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner