Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

“Facebook” qlobal nasazlığın səbəbini AÇIQLADI

05.10.2021 13:16 2 184
“Facebook” qlobal nasazlığın səbəbini AÇIQLADI
“Facebook”un işində yaranan nasazlıq magistral marşrutlaşdırıcıların konfiqurasiya dəyişiklikləri nəticəsində baş verib. Bu barədə şirkətin mühəndislər qrupu məlumat yayıb.

“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan magistral marşrutlaşdırıcılardakı konfiqurasiya dəyişiklikləri əlaqələrin kəsilməsi ilə nəticələndi. Şəbəkə trafikindəki bu pozuntu, məlumat mərkəzlərimizin rabitə üsuluna təsir edib və xidmətlərimizin işini dayandırıb”, - deyə məlumatda bildirilib.

Eyni zamanda şirkət “Facebook”da, həmçinin “Instagram” və “WhatsApp”da yaranan problemlərə görə istifadəçi məlumatlarının yayılmadığını deyib.

Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub.

“Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.скачать dle 11.3

Son xəbərlər