Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda arxeoloji qazıntıların genişləndirilməsi təklif edilir

02.10.2021 19:00 834
Azərbaycanda arxeoloji qazıntıların genişləndirilməsi təklif edilir
“Tədqiqatlarımızı genişləndirsək Azərbaycanda Türkiyədəki “Göbəklitəpə” kimi arxeoloji qazıntılar həyata keçirmək mümkündür. Lakin bu istiqamətdə yeni bir strategiya olmalıdır ki, tədqiqatlarımızı dünyaya çıxara bilək”.

Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev deyib.

Onun sözlərinə görə, müəyyən zamandan sonra şübhəsiz ki, xarici tətqiqatçıların dəstəyinə ehtiyac var: “Tükiyənin dəstəyi çoxdur, həm də bu ölkənin arxeologiya sahəsində Azərbaycana örnək olmaq məsələsi var. Biz bu örnəkdən istifadə edib strateji dəşiyikliklər edə bilərik”.

F.Quliyev qeyd edib ki, Azərbaycanda bu günə qədər arxeologiya fakültəsi yoxdur: “Türkiyənin isə bütün universitetlərində arxeologiya fakültəsi var və yeni nəsil yetişir. Amma bizdə mütəxəsis problemi var. Yeni nəsil lazımdır ki, onları tətqiqatlara cəlb edək. Mütəxəsislər universitetlərdə hazırlanır, qazıntılarda iştirak edirlər, hazır şəkildə arxeoloji qazıntılara qoşulurlar. Yəni, biz əgər elmi nəticələr əldə etmək istəyiriksə, qardaş ölkənin təcrübəsindən istifadə etmək lazımdır. Arxeologiya çox vacib sahədir, ona görə də bu sahədə mütəxəsislərin olması çox əhəmiyyətlidir”.

O vurğulayıb ki, Türkiyədə “Göbəklitəpə” abidəsi aşkar edilənə qədər Orta Şərq (Mesopatamiya) əsas götürülüb: “Amma son illər “Göbəklitəpə” abidəsinin aşkar edilməsi, tədqiqatların aparılması bütün məsələləri kənara qoyub. Hər hansı tədqiqat zamanı elə bir abidə üzə çıxa bilər ki, arxeologiya elmi ilə bir çox məsələlər dəyişə bilər. Tarixin səhifəsi yenidən yazıla bilər. Biz də bu kimi nailiyyətlərin əldə edilməsini istəyirik. Bunu əldə etmək üçün isə vaxt lazımdır”.

Xatırladaq ki, “Göbəklitəpə” Türkiyənin cənub-şərqində, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003- cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12 000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir. Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılmışdır. Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalmışdır. Onun aşkar edilməsi yaxın şərq və bütün Avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunmuş baxışlarda inqilabi dönüş etmiş hesab edilir.скачать dle 11.3
Mojo.az Banner