Mojo.az — elanlar
Mojo.az Avto
Mojo.az Avto

Krit adasında güclü zəlzələ qeydə alınıb

27.09.2021 19:11 1 059
Krit adasında güclü zəlzələ qeydə alınıb
Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Zəlzələnin episentrinin 9,62 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Afina Geodinamika İnstitutunun verdiyi açıqlamada episentri Kritin cənubundakı Arvis bölgəsində qeydə alınmış 5,8 bal gücündə olan zəlzələnin bütün adada hiss edildiyi bildirilib.

Tələfatla bağlı məlumat verilmir.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünün 6,5 bal olduğunu açıqlayıb.

Mənbə: “Anadolu” agentliyi

Son xəbərlər