Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”

23.09.2021 22:40 1 581
Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”
Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinə görə ABŞ-ın təzyiqlərini qəbul etməsi mümkün deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Baxın, biz F-35-ləri aldıq. 1 milyard 400 milyon dollar ödədik və F-35-lər bizə verilmədi. Amerika öncə bunu həll etməlidir. S-400-ləri bəhanə edib bizə F-35-ləri verməmək nə dövlətlərarası münasibətlər, nə də diplomatiya baxımından düzgün deyil. Əlbəttə ki, biz beynəlxalq hüquq nəyi tələb edirsə, onu edəcəyik. Ancaq S-400-lərə görə davamlı təzyiqləri qəbul etməyimiz mümkün deyil. Bizim üçün S-400 məsələsi bitib. Burada geri addım atmağımız da mümkün deyil. Amerikanın bu faktı ikitərəfli və beynəlxalq münasibətlərdə doğru şəkildə nəzərə alması lazımdır”, - deyə Ərdoğan bəyan edib.

O, Türkiyənin özünü qorumaq üçün lazım olanı alacağını da bildirib.

“Sən bizə “Patriot” verməyəcək, sonra da “Niyə S-400 aldın” deyəcəksən? Türkiyə özünü qorumaq üçün lazım olanı alacaq. Gərəkərsə, onları istehsal da edəcək, artıq başladıq da”, - deyə əlavə edib.

Mənbə: TRT

Son xəbərlər