Mojo.az Banner
SON DƏQİQƏ
19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da COVID-19-dan ölüm “ispan qripi” pandemiyasının nəticələrini ötüb

21.09.2021 21:20 1 077
ABŞ-da COVID-19-dan ölüm “ispan qripi” pandemiyasının nəticələrini ötüb
ABŞ-da koronavirusdan ölənlərin sayı 1918-ci ildə baş vermiş “ispan qripi” pandemiyası qurbanlarının sayını ötüb.

Bu barədə “Bloomberg” xəbər verir.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19-dan 675 446 nəfər amerikalı ölüb. Eyni zamanda bildirilir ki, iki il davam etmiş "ispan qripi" pandemiyası təxminən 675 min sakinin həyatına son qoyub.

Həmin vaxt “qrip”in törədicisi yarım milyard insanın yoluxduğu və dünya əhalisinin böyük hissəsini (90-100 milyon insan) öldürən H1N1 virusu idi.

Son zamanlar ABŞ-da koronavirusdan gündə orta hesabla 1 900 insan ölür. Bu, pandemiyanın başlanğıcından ölüm faizinin ən yüksək göstəricisidir. Qeyd edək ki, Birləşmiş Ştatlar dünyada koronavirusdan ölüm və yoluxma sayına görə birinci yerdədir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3

Son xəbərlər