Mojo.az Banner
16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbin direktoru: “Karantin qaydasını pozduğu üçün müəllimə töhmət verəcəyik”

20.09.2021 17:20 708
Məktəbin direktoru: “Karantin qaydasını pozduğu üçün müəllimə töhmət verəcəyik”
“Bu hadisədən mənim xəbərim olmayıb. Bunu o, öz izahatında da göstərib. Məni də Sumqayıt Şəhər Polis İdarəsinə çağırmışdılar. Mən də izahatımda bundan xəbərimin olmadığını göstərmişəm”.

Bunu Oxu.Az-a “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov deyib.

Sumqayıt Şəhər Polis İdarəsi 12-ci mikrorayon ərazisindəki yaşayış binasının zirzəmisində fəaliyyət göstərən idman zalında karantin qaydalarının pozulması faktını aşkarlayıb. Orada 80-ə yaxın boksçunun iştirak etdiyi məlum olub.

Nəticədə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, Əməkdar məşqçi Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

Boks üzrə Olimpiya mükafatçısı olmuş Fuad Aslanov qaydaların pozulduğunu və məktəbin müəllimi Anar Baxışov barədə intizam tədbiri görəcəklərini bildirib:

“Əslində bu, yarış olmayıb. Sadəcə olaraq, dünən digər idman klubunun boksçuları ilə “sparrinq” görüş olub. Karantin qaydalarına zidd olaraq, çoxlu sayda idmançı orada iştirak edib.

Boks məşqçimiz özbaşına hərəkət edib. Mən də onun üçün bir tədbir görəcəyəm. Onun işdən çıxarılmasından söhbət getmir. Çünki Anar Baxışov Əməkdar məşqçidir, Avropa mükafatçısının müəllimidir. Sadəcə olaraq, məktəbin Pedaqoji Şurasında onun bu hərəkətini kafi qiymətləndirəcəyik və töhmət verəcəyik”.скачать dle 11.3
Mojo.az Banner