Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Pandemiyanın təhsilə mənfi təsirini azaltmaq üçün yeni layihə hazırlanıb

16.09.2021 21:25 786
Pandemiyanın təhsilə mənfi təsirini azaltmaq üçün yeni layihə hazırlanıb
Təhsil Nazirliyi COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi" adlı yeni layihə hazırlayıb.

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyacları yerlərdə müəyyən ediləcək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafı təmin ediləcək.

R.Əzizov bildirib ki, 6 rayonda ümumilikdə 18 məktəbin, təxminən, 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək göstəriləcək.

O qeyd edib ki, şagirdlər üçün dəstək proqramı hazırlanacaq və sağlamlıq imkanları məhdud olan uşaqlar da nəzərə alınmaqla dəstək proqramı həyata keçiriləcək: "6 rayon üzrə peşəkar inkişafın təkmilləşdirilməsinə ehtiyac duyulan 75 müəllimə fərdi məsləhət xidməti göstəriləcək. Öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilən şagird qruplarında real prosesə cəlb olunaraq müəllimlərin praktik bacarıqları yüksəldiləcək, onların peşəkar inkişafının təkmilləşdirilməsi istiqamətində məktəb əsaslı fərdi mentorluq dəstəyi təmin ediləcək".скачать dle 11.3
Mojo.az Banner