Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib |
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist vəfat etdi - FOTO

16.09.2021 12:45 2 208
Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib.

Bu barədə Oxu.Az-a onun tələbəsi məlumat verib.

Məlumata görə, 1944-cü il təvəllüdlü Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün ürək tutmasından vəfat edib.

Əməkdar artistlə vida mərasimi bu gün Yaşıl Teatrın önündə baş tutacaq. Daha sonra Yasamal qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü il 13 iyun tarixində Bakıda ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra onun böyük xidmətləri olub.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) fərqlənmə ilə bitirərək Moskva gedir. Orada yaşadığı illərdə müəllimi Azərbaycanda arfa sinfinin banisi Aida Abdullayevanın məsləhəti ilə P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasında professor Vera Dulovanın sinfində iki il staj keçəndən sonra Vətənə geri dönür.

2003-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “XVIII-XIX əsrin Fransız Musiqisi” adlı konsertdə ifaları ilə yadda qalıb.

Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi. 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Son xəbərlər