Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan Qarabağla bağlı daha bir təxribat - FOTO

15.09.2021 23:51 1 050
İrandan Qarabağla bağlı daha bir təxribat - FOTO
Son günlərdə müzakirə olunan gündəm məsələlərdən biri də rəsmi Bakının icazəsi olmadan İrandan Qarabağa qanunsuz yüklərin daşınmasıdır.

Median.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan tərəfi bununla bağlı artıq ciddi tədbirlər görür.

Bunun nəticəsi kimi, bu gün İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olduqları üçün saxlanılıblar.

DİN-in yaydığı məlumata görə, Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Yükdaşıma ilə bağlı İran tərəfinin sürücülərə verdiyi göndəriş vərəqələrinin fotoları da sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirəyə olub.

Belə ki, həmin sənəddə Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat edilib, vərəqdə "Xankəndi, Azərbaycan" yazılmaq əvəzində, "Stepanakert, Armenia" qeyd olunub. Bu da istənilən halda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ciddi narazılığı ilə nəticələnib.скачать dle 11.3

Son xəbərlər