Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Vaksin saxtakarlığına görə müdir barəsində cinayət işi açıldı

15.09.2021 13:01 1 731
Vaksin saxtakarlığına görə müdir barəsində cinayət işi açıldı
Zərdab Rayon Mərkəzi Xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Zərdab Rayon Prokurorluğunda aparılan araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda birinci doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər