Mədəniyyət Nazirliyi Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:41 İsrail Rusiyanın vasitəçiliyini rədd etdi  |     18:36 Xaçmazda üçüncü kurs tələbəsi vəfat etdi  |     18:32 Camal Hill və Xalil Rauntri Dağüstü Parkda üz-üzə gəldilər - FOTO  |     18:17 Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi  |     17:46 Ölkədə nikahlar artıb, boşanmalar isə azalıb  |     17:01 Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib  |     16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |     16:25 Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi  |     16:03 "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı  |     15:42 İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI  |     15:35 "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı  |     15:34 Olimpiadada Rusiyanı Fransa əvəzləyəcək  |     15:32 Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir - FOTO  |     15:17 Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri  |     15:15 Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı  |     14:46 Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək  |     14:35 "Sabah" daha iki məşqçisi ilə yolları ayırdı  |     13:54 Şirvanda yaşayış binası yandı  |     13:26 İran İsrailə hücumda ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib  |    

Mədəniyyət Nazirliyi Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi əməkdar artisti Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.

“Report” xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.

Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.

Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 092 14.09.21 22:59