Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

13.09.2021 11:27 618
Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi
“Yayılan bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu mənimlə görüşmək istəyən bir cavan oğlan yayıb ki, diqqətimi çəksin”.

Bu barədə Oxu.Az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, oğlunun səhhəti qaydasındadır:

“Bu məsələni yazan Füzulidən olan bir oğlandır. Düşünürəm ki, onun səhhətində ciddi problemlər var, əks halda belə bir şey etməzdi. Həmin oğlan neçə müddətdir mənim nömrəmə zəng edir və mənimlə görüşmək istədiyini deyir. Mən də demişəm ki, otur taksiyə Füzulidən gəl Bakıya. Gəliş-gediş üçün pulunu verirəm. Deyir ki, yox, sən durub gəlməlisən Füzuliyə. Mən də təbii ki, gedə bilmirəm. Zənglərinin əlindən onlayn dərslərimi apara bilmirdim. Məcbur olub iki əlaqə nömrəsini də blok etdim.

Ondan sonra götürüb yalan-yanlış belə bir məlumat yazıb. Bilmirəm harada yayıb, kimə deyib, mənə zəng edib oğlumu soruşurlar. O gün yenə zəng edib deyir mən səni çox istəyirəm. Bu yazını ona görə yazdım ki, məni polisə verəsən, polis də məni sənin yanına gətirsin. Oğlum tam sağlamdır, heç bir narahatlıq yoxdur”.скачать dle 11.3
Mojo.az Banner