Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib

11.09.2021 20:21 2 289
Ronaldu
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandnaın heyətində ilk rəsmi oyununa çıxıb.

36 yaşlı hücumçu "qırmızı şeytanlar"ın evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldu komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran "Mançester Yunayted" liderliyə yüksəlib.

Son xəbərlər