Mojo.az Banner
20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmkəndlisini qətlə yetirən şəxsə ağır cəza verildi

11.09.2021 14:18 1 917
Həmkəndlisini qətlə yetirən şəxsə ağır cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda qətl törətməkdə təqsirləndirilən Tural Heydanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Heydanov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, 2020-ci ilin iyun ayının 14-ü gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini, 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi, 1992-ci il təvəllüdlü T.Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

T. Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.скачать dle 11.3
Mojo.az Banner