Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü

10.09.2021 14:26 2 082
Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü
Göyçay rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Göyçay şəhəri sakini, 2005-ci il təvəllüdlü İsmayıl Babazadə və 1968-ci il təvəllüdlü Əli Əliyev sonuncunun evində məclis təşkil ediblər.

Daha sonra onlar arasında mübahisə yaranıb. Nəticədə İ.Babazadə Ə.Əliyevi bıçaqlayıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər