Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

Qətlə yetirilən 10 yaşlı Nərminin anası: “Cinayət işində İlkinin qohumlarının da əli var”

08.09.2021 19:46 1 395
Qətlə yetirilən 10 yaşlı Nərminin anası: “Cinayət işində İlkinin qohumlarının da əli var”
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanov və zərərçəkmiş şəxsin anası Aynurə İsmayılova ifadə verib.

A.İsmayılova ifadəsində bildirib ki, İlkin İsmayılov onlara Nərmini qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edib. Hüquqi varis məhkəmədə İlkin Süleymanovun hadisəni tək törətmədiyini deyib: “Hadisə vaxtı İlkin Süleymanov tək olmayıb. Qohumları Tariyel, Murad, İlhamə və Kəmalə adlı şəxslər də onunla birgə olub. Cinayətdə onların da əli var”

İlkin Süleymanovun sualını cavablandıran hüquqi varis kiminsə onu həyətlərində görmədiyini bildirib.

Növbəti proses sentyabrın 29-a təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner