Kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.
Bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi - 20 667, rus bölməsi - 432) nəfərdir.
Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.
Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.