Qazaxda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub
Qazaxda bıçaqlanma olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qaymaqlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafa Qaracayevi bıçaqlanıb. O, üç bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Qaracayevin qardaşı, 1971-ci il təvəllüdlü Araz Qaracayev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hadisənin ev və torpaq sahəsi üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.