Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücülərinə bəd xəbər - Polis açıqladı

03.09.2021 23:24 834
Taksi sürücülərinə bəd xəbər - Polis açıqladı
Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur.

Bu barədə "bizim.media”ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər.

Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet sertifikatı almaları tələb olunur:

"Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli 2021-ci il tarixl qərarında və əlavələrdə COVID -19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan xidmət sahələri sırasında nəqliyyat, logistika və komunikasiya da var.

Yəni dəmiryolu, hava və avtomobil nəqliyyatı, yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada peyvəd olunması, yaxud immunsertifikatı tələb olunur.

Bu qərara uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslər 1 sentyabr tarixindən etibarən birinci doz COVID pasportu ilə fəaliyyət göstərə bilərlər.

Nazirlər Kabinetinin qərarının icra edilməsi və taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportunun olub-olmaması barədə xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən müvafiq nəzarət profilaktik yoxlamalar həyata keçirilir. Aşkarlanan hallarla bağlı müvafiq tədbirlər görülür".

Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.скачать dle 11.3
Mojo.az Banner