Mojo.az Banner
12:09 Azərbaycan nefti bahalaşıb  |     12:08 Balakəndə narkotik plantasiyası aşkarlanıb - Video  |     12:06 Gəzinti hər xəstəlik üçün faydalı deyilmiş - Yeni tədqiqat  |     12:03 Dünyaca məşhur cizgi filmi kino versiyası ilə gəlir  |     11:59 Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - Video  |     11:55 Gəzintidən qayıdan ata-bala qəzaya düşdülər  |     11:46 Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında  |     11:45 İngiltərədə azərbaycanlı hamilə qadın vəfat etdi  |     11:39 Lökbatandakı yanğın nəzarətə götürülüb, 2 helikopter cəlb olunub - Video (Yenilənib)  |     11:34 Gəncləri ölkədə saxlamaq üçün nə dəyişməlidir? – Fazil Mustafadan AÇIQLAMA  |     11:29 Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA  |     23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |    
Left Banner
Right Banner

Şəmkirdə karantin qaydalarını pozan 50-dən çox şəxs cərimələndi

03.09.2021 17:56 657
Şəmkirdə karantin qaydalarını pozan 50-dən çox şəxs cərimələndi
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejimi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mehmanxana müştərilərinin müvafiq COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər.

Daha sonra monitorinq rayondakı digər iaşə obyektlərində də davam etdirilib.

Araşdırmalar zamanı ümumilikdə səkkiz obyektə 17 nəfərin müvafiq pasport olmadan qapalı məkanlara daxil olması faktı aşkar edilib. Polis əməkdaşları həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüb.

Bundan başqa market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirilib.

Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Obyektlərdə aparılan araşdırmalar zamanı 31 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.скачать dle 11.3
Mojo.az Banner