Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hindistanda onlarla uşağın ölümünə səbəb olan hansı xəstəlikdir?

01.09.2021 14:02 873
Hindistanda onlarla uşağın ölümünə səbəb olan hansı xəstəlikdir?
Hindistanın Uttar Pradeş ştatının səlahiyyətliləri bu yaxınlarda bir çox insanın ölümünə səbəb olan naməlum virus infeksiyasının səbəbinin denge qızdırması ola biləcəyini bildiriblər.

Mütəxəssislər aydınlaşdırıblar ki, bu xəstəliyin daşıyıcıları ağcaqanadlardır.

“Simptomlara görə bu, denge qızdırmasıdır. İndi bu xəstəliyin artmasının səbəblərini və bütün ölümləri araşdırırıq”, - deyə ştatın səhiyyə problemlərinə nəzarət edən Amit Mohan Prasad qeyd edib.

Xatırladaq ki, daha əvvəl Uttar Pradeş ştatında naməlum xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyü bildirilmişdi. Daha sonra əyalətin səhiyyə naziri bu məlumatı təkzib edib, 32 uşağın və 7 yetkinin hərarətdən öldüyünü açıqlayıb.

Xəstələrin əksəriyyətində yüksək hərarət, qanda trombositlərin səviyyəsində azalma və susuzluq var. Bunlarla yanaşı, xəstələrdə denge qızdırmasına bənzər simptomlar - şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması, yüksək hərarət və limfa düyünlərinin şişməsi də müşahidə edilib.

//Mk.ru

Son xəbərlər