Mojo.az Banner
20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |     19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda karantin qaydalarına riayət etməyən koronavirus xəstələri saxlanılıb

31.08.2021 16:12 1 941
Regionlarda karantin qaydalarına riayət etməyən koronavirus xəstələri saxlanılıb
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan, Goranboy rayon Aşağı-Ağcakənd sakini Şəhriyar Quliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, lazımi tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakinləri Mehram Ağayev, Əlsahib Ağasıyev və Reyhanə Yarıyeva COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadığı ünvanlara geri qaytarılıblar.

Hər üç şəxs barəsində barəsində Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner