Mojo.az Banner
19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |    
Mojo.az Avto
Mojo.az Avto

Beyləqan rayon sakinindən marixuana götürülüb

26.08.2021 16:38 1 902
Beyləqan rayon sakinindən marixuana götürülüb
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Aşıqalılar kənd sakini Hüseyn Abbasov saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 4 ədəd kağız bükülüdə marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə H.Abbasovun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda 580 qramdan artıq marixuana və elektron tərəzi, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş bir ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner