Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhidin ad günü məclisi icra nümayəndələri və polislər tərəfindən dağıdılıb? - AÇIQLAMA

26.08.2021 15:48 1 539
Şəhidin ad günü məclisi icra nümayəndələri və polislər tərəfindən dağıdılıb? - AÇIQLAMA
44 günlük Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun ailəsi Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Polis Şöbəsindən narazıdır.

Ailə Oxu.Az-a bildirib ki, avqustun 7-də Elkiyar Məmmədovun ad günü ilə bağlı mərasim keçiriblər:

“Astaranın Ərçivan kəndində şəhidin doğum gününü qeyd edirdik. Rayonun İcra Hakimiyyəti nümayəndələri və Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov tərəfindən şəhidə və uşaqlarına hörmətsizlik edildi. Onlar məclisi dağıtdı, bayraqları büküb kənara atdılar”.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ailənin səsləndirdiyi iddialar əsassızdır, həqiqəti əks etdirmir:

“Şəhidin anım mərasimində Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də iştirak ediblər. Həmin mərasimə heç bir müdaxilə olmayıb”.

Qeyd edək ki, Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə vuruşub və oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.скачать dle 11.3
Mojo.az Banner