Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"yə qalib gəlib

21.08.2021 20:25 1 317
Azərbaycan Premyer Liqası:
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş kifayət qədər maraqlı alınıb. Matç ümumilikdə yerli komandanın üstünlüyü şəraitində keçib.

Artıq 11-ci dəqiqədə "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluğa çatdırıb.

"Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib və qolunu oyunu stadiondan canlı izləyən azərbaycanlı həyat yoldaşı Adelya Hacıyevaya həsr edib.

Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Beləliklə, "Qəbələ" mövsümdə ilk qələbəsini qazanaraq, xallarını 4-ə çatdırıb və liderliyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Keşlə" isə sonuncu pillədə qalıb. Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov bu dəfə keçmiş komandası ilə qarşılaşmada məyus olub.

Qeyd edək ki, günün digər oyunu saat 20:00-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt" xalı olmayan daha bir komanda "Sabah"ı qəbul edəcək. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər