Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Şimali Kipr turizm əlaqələrinin genişləndirilməsini müzakirə edib

21.08.2021 20:04 780
Azərbaycan və Şimali Kipr turizm əlaqələrinin genişləndirilməsini müzakirə edib
Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdədir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, səfərdə əsas məqsəd turizm sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Belə ki, Turizm və Ekologiya Nazirliyinin dəvəti ilə KKTC-yə gələn heyət, iki ölkə arasında turizm əlaqələrini canlandırmaq üçün əhəmiyyətli görüşlər keçirir.

Turizm və Ekologiya Nazirliyinin müşaviri Serhan Aktuç və KKTC-nin Azərbaycan nümayəndəsi Növber Ferit Vechinin müşayiət etdiyi Azərbaycan heyəti ilə ilk görüşünü Türk Hava Yolları və "Pegasus" aviaşirkətlərin rəsmiləri ilə keçirib.

Bundan başqa, Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Kıbrıs Türk Səyahət Agentliyi Dərnəyi ilə bir araya gələrək Gazimağusa və Bafra turizm bölgələrini ziyarət edəcək.скачать dle 11.3
Mojo.az Banner