Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanının nəticələri açıqlanıb

21.08.2021 19:56 753
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 760 abituriyentdən 166 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 599 nəfər “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 avqust 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 avqust tarixində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.скачать dle 11.3
Mojo.az Banner