Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Qapalı məkan və nəqliyyatda maska taxmayanlar CƏRİMƏLƏNDİ

20.08.2021 11:56 753
Qapalı məkan və nəqliyyatda maska taxmayanlar CƏRİMƏLƏNDİ
Ağdaş rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda keçirilən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində qayda pozuntuları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı mağazalarda bəzi alıcı və satıcılar tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyi, eləcə də kassaların önündə sosial məsafə gözlənilmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

İctimai nəqliyyatda - avtobus və taksilərdə də keçirilən nəzarət tədbirləri zamanı tibbi maskadan istifadə etməyən, marşrutlara normadan artıq sərnişin mindirməklə sıxlıq yaradan sürücülərə rast gəlinib.

Onlara qaydalar izah olunub və barələrində intizam tənbeh tədbirləri görülüb.скачать dle 11.3
Mojo.az Banner