Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb

18.08.2021 21:20 801
Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova, həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.

Görüşlərdə Milli Məclisin sədri Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

Spiker Milli Məclisin beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək üçün qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən birgə təşəbbüslərin reallaşdırılmasına dəstək verilməsini, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə xüsusi diqqət ayrılmasını, beynəlxalq parlament təşkilatları ilə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşlərdə Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərdən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq təşkilatlara, dövlət qurumlarına və həmin ölkələırin ictimaiyyət nümayəndələrinə çatdırılmasının vacibliyindən də söhbət açılıb. Həmçinin Azərbaycan Milli Məclisi ilə səfirlərin çalışdıqları xarici ölkələrin qanunverici orqanları arasındakı əməkdaşlığın mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner