Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda 65 kiloqramdan çox narkotik bitki aşkarlandı

12.08.2021 18:08 1 581
Regionlarda 65 kiloqramdan çox narkotik bitki aşkarlandı
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu Yuxarı Qarxun kənd sakini Vüqar Həsənli saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinə keçirilən baxış zamanı yaş çəkisi 52 kiloqrama yaxın olan kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ramal İsayev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə dörd büküm narkotik maddə - heroin aşkarlanıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb.

Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktlarla bağlı rayon polis şöbələrində araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner