Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək - VİDEO

11.08.2021 22:56 1 131
Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək - VİDEO
Ötən ay ərzində paytaxtın nəqliyyat sistemində bir sıra yeniliklər olub. Ay ərzində həm sərnişindaşımaların həm də hərəkətin təşkili istiqamətlərində vətəndaşların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətli tədbirlər görülüb.

Median.Az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin aylıq icmalında bildirilir.

Sərnişindaşımaların təşkili, bu sahədə göstərilən xidmətin keyifyyətinin artırılması məqsədi ilə iyul ayı daha məhsuldar olub. Ayın ilk on günlüyündə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş Türkiyə Respublikasının İzmir şəhərinə səfər edərək "BMC Otomativ Sənaye Ticarət" şirkətində paytaxtımız üçün istehsal edilən avtobuslara sınaq baxışı keçirib.

Xatırladaq ki, Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Avtobusların 170 ədədi 9, 150-si isə 12 metrlikdir.

Vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq son bir ayda 6 müntəzəm marşrut xətti optimallaşdırılıb. Bunlar 169, 177, 206, 39, 70 və 162 №-li marşrut xətləridir. Ötən ay həmçinin 1 (211 nömrəli) marşrut xətti üzrə sərnişindaşımalar BakuBus MMC-yə həvalə edilib.

Ay ərzində marşrut xətlərinin nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər də davam etdirilib. Bu müddətdə 62, 92, 211 və 217 №-li marşrut xətləri üzrə də gediş haqqının ödənişi BakıKart vasitəsi ilə ödənməsi təmin edilib. Bununla da ümumilikdə marşrut şəbəkəsinin 43%-nin dövriyyəsi şəffaflaşdırılıb.

İyul ayında paytaxtda hərəkətin təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun "Bağırov" körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib. 4 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılıb və təhlükəsiz tədbirləri görülüb. 346 yol nişanı quraşdırılıb. 3 məntəqədə taksi duracaq yeri təşkil edilib. 2 küçədə eyni səviyyəli piyada keçidi təşkil edilib. 23 küçədə isə mövcud piyada keçidləri yenilənib. 4 avtobus dayanacağı və məntəqəsi təşkil edilib. Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyi, rahatlığı və əlçatanlığı təmin edilib, orta hərəkət sürəti isə artıb.

Hərəkətin təşkili sahəsində görülən ən vacib tədbirlərdən biri də 2 km uzunluğunda velosiped yolunun istifadəyə verilməsidir.
скачать dle 11.3
Mojo.az Banner