Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə qeyri-rəsmi nikahda olanların sayı barədə məlumat verildi

11.08.2021 17:30 2 289
Ölkədə qeyri-rəsmi nikahda olanların sayı barədə məlumat verildi
Ölkədə hələ də qeyri-rəsmi faktiki nikah münasibətində olan ailələr müəyyən edilir.

Bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O bildirib ki, əhali arasında aparılan maarifləndirmə işləri çərçivəsində həmin şəxslərə onların hüquq və vəzifələri izah edilib və gələcəkdə yarana biləcək hər hansı bir çətinliklər barədə məlumat verilir:

“2021-ci ilin altı ayı ərzində qeyri-rəsmi faktiki nikah münasibətində olan 550 cütlük qeydə alınıb. Onların hamısının tibbi müayinədən keçirilməsinə yardım göstərilib və artıq 487-nin nikahı dövlət qeydiyyatına alınıb”.

Reyhanə Kərimova qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da sosial problemlər ailə məsələlərinə təsir edir, ailələrin dağılmasına gətirib çıxarır:

“Nikahın pozulması hallarında artım müşahidə edirdik. Bu bizi narahat etməyə bilməzdi. Mövcud hallarının qarşısını almaq üçün Bakı şəhərində qeydiyyat şöbələrinə psixoloqlar dəvət etdik və nikahın pozulması üçün müraciət edənlərə psixoloqlar tərəfindən xidmətlər göstərilməyə başlandı. Bu xidmətlərin cütlüklərin qərarlarına təsir etdiyini gördük”.

Son xəbərlər