Mojo.az Banner
Left Banner
Right Banner

DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA

09.08.2021 12:45 1 488
DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

“Hadisə Quba rayonu ərazisində baş verib. Faktla bağlı Tərəflər arasında yaranmış mübahisənin təfərrüatları müvafiq qaydada araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.скачать dle 11.3
Mojo.az Banner