Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavini: “Yardımlıda yanğın hadisəsi qəsdlə törədilib”

06.08.2021 19:14 1 809
Nazir müavini: “Yardımlıda yanğın hadisəsi qəsdlə törədilib”
“Bu fəsil yanğınların daha intensiv dövrü sayılır”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır:

“Bir neçə gün əvvəl Yardımlı, Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğınlar baş verdi. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşları və yerli sakinlərlə birlikdə artıq söndürülüb.

Ərazidə əsasən kol-kos, xırda ölçülü bitkilər yanıb. Lənkəranda baş verən yanğınla bağlı araşdırmalar aparılır. Yardımlıda ilkin ehtimala görə yanğın hadisəsi qəsdlə törədilib. Çünki yanğını törədən alətlər tapılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır”.

Nazir müavini qeyd edib ki, meşə yanğınlarının 95 faizindən çoxu insan faktoru ilə bağlıdır:

“İnsanların təbiət qoynunda istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etməməsi, siqaretdən istifadə edilən zaman söndürməməsi və digər bu kimi hallar nəticəsində yanğın hadisələri baş verir”.

“Yanğınlar zamanı meşələrə dəyən ziyan barədə ilkin hesablamaların aparılması ilə bağlı işçi qrupu yaradılıb. Məlumatlar ictimailləşdiriləcək. Meşələrdəki təhlükəsizliklə bağlı daim maarifləndirilmə tədbirləri, təlim aparılır. Bunun çox böyük təsiri var ki, yanğın olan zaman vaxtında müdaxilə edə bilirik”, - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner